HƏRBİ ORKESTR XİDMƏTİNİN        
YARANMASI TARİXÇƏSİ
           
Yusif Axundzadә           
1   2   3   
Y. Axundzadə
Azərbaycanda hərbi-orkestr xidmətinin tarixçəsı

C. Quliyev
Azərbaycan mahnısı:
"Yol ayrıcında"


 

 

 

 

English English
        
C. Quliyev "Marş"

Silahlı Qüvvәlәr dövlәtin ayrılmaz hissәsi olduğu kimi, hәrbi orkestr xidmәti dә silahlı qüvvәlәrin ayrılmaz hissәsidir. "Qalx!" komandasından "tәhlükә bitdi!" siqnalınadәk, gecәli-gündüzlü, şaxtada-soyuqda vә günәşin yandırıcı şüaları altında hәr zaman, hәr bir mәqamda hәrbi orkestr musiqiçilәri sıravi xidmәtә hazır olmalıdırlar. Hәrbi musiqi qoşunların estetik tәrbiyәsindә dә, onlara döyüş ruhu aşılanmasında da başlıca vәzifә daşıyıcısıdır.

1995-ci ildә Ü.Hacıbәyov ad. Bakı Musiqi Akademiyasının rektoru professor Fәrhad Bәdәlbәyli ilә qarşılıqlı razılaşmaya görә nәfәsli vә zәrb alәtlәri kafedrasında, silahlı qüvvәlәr üçün hәrbi dirijor hazırlığına xidmәt edәcәk "nәfәsli orkestr dirijoru" sinfi (ixtisası) açılıb. Hәrbi orkestrlәrin musiqiçi kadrlarla tә'minatı, ilk növbәdә, orkestrlәrin hazırladığı musiqiçi şagirdlәri, elәcә dә musiqi texnikumları vә Ü.Hacıbәyov ad. Bakı Musiqi Akademiyasının buraxdığı ifaçıların seçilmәsi yolu ilә hәyata keçirilir. Müdafiә Nazirliyi hәrbi-orkestr xidmәti üçün musiqiçi kadrları hazırlığında Musiqi Akademiyasının I prorektoru, "nәfәsli vә zәrb alәtlәri" kafedrasının müdiri, B.Asafyev ad. beynәlxalq müsiqişünaslıq müsabiqәsinin laureatı, professor E.A.Babayevin xidmәtlәrini ayrıca vurğulamaq lazımdır.

Müdafiә Nazirliyinin hәrbi-orkestr xidmәti üçün repertuarın yaranmasında, ilk növbәdә, bәstәkar vә musiqiçilәrimizdәn professor Süleyman әlәsgәrovun, professor Emin Sabit oğlunun, Elnarə Dadaşovanın, Azәr Dadaşovun, Hәsәn Abbasquliyevin, Yaşar İmanovun vә çox-çox başqalarının adlarını çәkmәk istәrdim.

Hәrbi-orkestr xidmәtinin bu gün üçün әn kәskin problemlәrindәn biri Silahlı Qüvvәlәrin hәrbi orkestrlәri üçün nәfәsli alәtlәr dәstәlәrinin alınıb bölünmәsi mәsәlәsidir. Vә mәn ümidvaram ki, Azәrbaycan Respublikası Müdafiә naziri general-polkovnik S.әbiyev, hәmişә olduğu kimi, bizә öz kömәyini әsirgәmәyәcәk.

1998-ci ildә Azәrbaycan Respublikasının prezidenti, Ali Baş Komandan H.әliyev cәnablarının fәrmanı ilә silahlı qüvvәlәrin yaradılması bayramı 9 oktyabr tarixdәn 26 iyun tarixә keçirildi vә hәmin il Silahlı qüvvәlәrin yaranmasının 80 illik yubileyi e'lan olundu. Adı çәkilәn prezident fәrmanı ilә bağlı Müdafiә naziri general-polkovnik S.әbiyev bir sıra hәrbi qulluqçunun dövlәt mükafatları vә fәxri adlara layiq görülmәsi üçün tәqdimat verdi.

1998-ci il 24 iyun tarixdә Azәrbaycan Respublikası prezidentinin fәrmanı ilә mәn "Azәrbaycan Respublikasının xalq artisti", Müdafiә Nazirliyi әlahiddә nümunәvi orkestrinin solistlәri - Natәvan Şeyxova, Zümrüd Mәmmәdova, Ramiz Şirinov vә Silahlı Qüvvәlәrin mahnı vә rәqs ansamblının solisti Zaur Rzayev "Respublikanın әmәkdar artisti" fәxri adlarına layiq görüldük. Ali Baş Komandanlığın diqqәt vә qayğısı Vәtәnimizin rifahı, Silahlı Qüvvәlәrimizin güclәndirilmәsi, torpaqlarımızın azad edilmәsi vә Azәrbaycan xalqının xoşbәxt gәlәcәyi yolunda daha böyük әzmlә çalışmağa çağırır.

 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site